Omar Marmuş “Ayntraxt”dan ayrıla bilər

“Ayntraxt”ın misirli futbolçusu Omar Marmuşun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Mirror Football” nəşrinə istinadən xəbər verir ki, Omar Marmuşu transfer etmək istəyən klubların sayı 4-ə yüksəlib. “Mançester Yunayted”, “Tottenhem”, “Barselona” və “Paris Sen-Jermen” klubları 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Marmuşun hazır ki dəyəri “Transfermarkt” portalına görə 40 milyon avrodur.

Qeyd edək ki, Omar Marmuşun “Ayntraxt”la müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.