Omelli oktaqona qayıdır
UFC-nin yüngül çəkidəki çempionu Şon Omelli yaxın vaxtlarda yenidən pərəstişkarlarını sevindirəcəyini deyib.
Sportline.az xəbər verir ki, o, JRE MMA Show verilişində bununla bağlı fikirlərini bölüşüb.
"Dekabrda döyüşə çıxmağı çox istəyirdim. Amma, UFC həmin vaxt başqa döyüşün hazırlığı ilə məşğul idi. Apreldə UFC 300 turniri keçiriləcək. Düşünürəm ki, mən həmin yarışadək döyüşə çıxmalıyam. Mən öz şoumun əsas qəhrəmanı olmaq istəyirəm".
Qeyd edək ki, Omelli keçirdiyi 18 döyüşün yalnız birində məğlub olub.