Ömər Bozbaxov: "Müharibədən sonra da məqsədim Azərbaycanı layiqincə təmsil etmək olub"

"İlk yarışım idi. Qısa vaxt ərzində hazırlaşdım. Gərgin mübarizə getdi. Şükürlər olsun ki, dünya çempionatına vəsiqə qazandım".

Bunu Sportline.az saytına açıqlamasında Azərbaycanın paraatleti, Qarabağ qazisi Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə gümüş medal əldə etməsilə bağlı danışarkən deyib.

"Vətən uğrunda yaralanmışam. Amma işim bununla bitmir. Müharibədən sonra da məqsədim Azərbaycanı layiqincə təmsil etmək olub. Həm də digər qazilərə motivasiya olmaq arzusundayam. Əlil olanda həyat bitmir. Uğurlar gələcəkdədir" deyə, o, qeyd edib.

Ömər Bozbaxov həmçinin iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.