Onana: "Tottenhem"in bizdən yaxşı olduğunu düşünmürəm"

"Mançester Yunayted"in qapıçısı Andre Onana Premyer Liqanın 2-ci turunun matçında "Tottenhem"ə məğlubiyyətə (0:2) münasibət bildirib.

Sportline.az xəbər verir ki, Onana "Tottenhem"in daha güclü olduğunu düşünmür.

“Xeyr, onların bizdən yaxşı olduğunu düşünmürəm. Oyuna çox yaxşı başladıq, şanslar yaratdıq. Təəssüf ki, qol vura bilmədik və düşünürəm ki, bu, əsas məqam idi. Əgər birinci hissədə qol vursaydıq, tamam başqa oyun olardı” - deyə Onana BBC-yə açıqlama verib.

“Mançester Yunayted” iki turdan sonra Premyer Liqada 10-cu pillədə qərarlaşıb. Komanda növbəti oyunda doğma meydanda “Nottingem Forest”lə qarşılaşacaq.