Onana transferi yekunlaşmaq üzrədir

Andre Onanın transferi ilə bağlı müqavilə yaxın vaxtlarda bağlana bilər.

Sportline.az xəbər verir ki, bu gün "İnter " və "Mançester Yunayted "in nümayəndələri telefon danışığı keçirəcəklər və transferin təfərrüatlarını müzakirə edəcəklər. Jurnalist Alfredo Pedulyanın sözlərinə görə, italyanlar sabaha qədər müqaviləni bağlamaq istəyirlər.

"Mançester Yunayted"in qapıçı üçün 55 milyon avrodan bir qədər az ödəyəcəyi gözlənilir, lakin son transfer məbləği hələ də müzakirə olunur.

Ötən mövsüm A Seriyasında Onana 24 oyuna çıxıb və 24 qol buraxıb.