Onil "Vulverhempton"a baş məşqçi təyin olundu
"Vulverhempton" öz rəsmi saytında Qari Onilin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, o bu vəzifədə avqustun 9-da klubdan ayrılan Xulen Lopeteqini əvəzləyib.
Onilin son iş yeri 40 yaşlı mütəxəssisin bu ilin iyununda tərk etdiyi "Bornmut" olub.
İngiltərə çempionatının yeni mövsümünün 1-ci turunda "Vulverhempton" "Mançester Yunayted"lə qarşılaşacaq. Qarşılaşma avqustun 14-də baş tutacaq.