"Onlar yalnız pul üçün Səudiyyə Ərəbistanına gedirlər"

"Latsio"nun prezidenti Sergey Milinkoviç-Saviçin "Əl-Hilal"a gedişindən danışıb.

Sportline.az xəbər verir ki, klub prezidenti bu gedişdən hiddətlənib.

"Onun motivasiya problemi olub-olmadığını bilmirəm. Əgər futbolçu Səudiyyə Ərəbistanına getmək istəyirsə, o, zaman yalnız pula görədir. Amma siz bu barədə ondan soruşun. Onu axıra kimi saxlamağa çalışdım, amma buraxmağımı istədikdə nə edə bilərəm? Maaş artımı ilə müqaviləni uzatmaq istəyirdik" - deyə Klaudio Lotito bildirib.