Ovusu Kvabena "Qarabağ" - "Ferentsvaroş" oyunundan danışdı
"Qarabağ"ın sabiq futbolçusu, hazırda "Ferentsvaroş"da çıxış edən Ovusu Kvabena Macarıstan təmsilçisinin saytına açıqlama verib.
Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu Ağdam təmsilçisinə qarşı bu gün Avstriyada keçirəcəkləri yoxlama matçı haqda danışıb. O deyib:
"Burada özümü yaxşı hiss edirəm, hər şey əladır. Hamımızın bir məqsədi var: Çempionlar Liqasının qrup mərhələsinə düşmək. Məşqlərimiz gərgin keçir. Bu, tamamilə normaldır. Çünki belə yüksək səviyyəli matçlarda ciddi fiziki hazırlığa ehtiyac var. Hiss edirəm ki, biz düzgün yoldayıq. “Qarabağ”ı yaxşı tanıyıram. "Qarabağ" güclü heyətə sahibdir. Eyni gücə malik iki komanda yarışacaq. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi matç gözləyir".
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Ovusu Kvabena bu ilin əvvəlində "Qarabağ"dan "Ferentsvaroş"a keçib.