Oyarzabaldan "Real Sosyedad"a tərif
"Real Sosyedad"ın cinah futbolçusu Mikel Oyarzabal Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "İnter"lə oyunla bağlı gözləntilərini bölüşüb.
Sportline.az xəbər verir ki, futbolçu bu barədə UEFA-ya danışıb.
“Son illər biz hər kəslə mübarizə apara biləcəyimizi göstərdik. Bu komanda rəqabətlidir. “İnter”lə oyunda fərqli olacağını düşünmürəm. Stadionumuzun bizə verdiyi böyük istək və güclü ruhla oynamalıyıq. Biz qalib gəlmək istəyimizi qorumalıyıq”, - deyə Oyarzabal bildirib.