Özbək futbolçu "Spartak"a "yox" deyib

Moskva "Spartak"ı Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovun xidmətində maraqlıdır.

Sportline.az sports.ru-ya istinadla xəbər verir ki, "Roma"nın futbolçusu moskvalıların təklifini geri çevirib.

28 yaşlı forvard karyerasını İtaliya A Seriyasında davam etdirmək istədiyini bildirib.

Şomurodov yeganə istisna kimi Türkiyə Super Liqasını göstərib.

Qeyd edək ki, bir müddət əvvəl "Qalatasaray"ın onunla maraqlandığı haqda xəbərlər dolaşırdı.