Palmerin klubunu dəyişməyinin səbəbi

Yarımmüdafiəçi Koul Palmer yay transfer pəncərəsində “Mançester Siti”dən “Çelsi”yə keçdiyi məlumdur.

Sportline.az xəbər verir ki, Palmer klubunu niyə dəyişdiyi barədə açıqlama verib.

“Siti”də yer uğrunda yarışmaqdan çəkinmişəm. Mən bir neçə il idi ki, əsas komandada idim və oynamaq üçün daha çox imkan əldə etmək istəyirdim. Başqa kluba getmək çətin qərar idi. Avqustun 31-də məşq meydançasını tərk edəndə artıq bilirdim ki, ertəsi gün Londona gedəcəyəm. Maşında oturmuşdum və getmək istəyirdim" - deyə Palmer bildirib.

21 yaşlı futbolçu "Çelsi"nin layihəsini də bəyəndiyini bildirib.