"Panatinaikos" yoldaşlıq görüşündə 14-0 hesabı ilə qalib gəlib

Mövsüm öncəsi hazırlıqlarını Almaniyada davam etdirən "Panatinaikos" klubu ilk yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, Yunanıstan təmsilçisi aşağı dəstə komandalarında "Yunion Haus"la qarşı qarşıya gəlib.

Görüş afinalıların 14-0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ötən mövsümün bir hissəsində Fatih Terimin çalışdırdığı "Panatinaikos" Super Liqanı 72 xalla 4-cü pillədə tamamlayıb.Komanda həmçinin Ölkə kubokunun finalında "Aris"i 1-0 hesabı ilə məğlub edərək kubokun sahibi olub.