"Pari Sen Jermen"in yeni transferi

Portuqaliya millisinin üzvü Qonsalu Ramuş karyerasını Fransa çempionatında davam etdirəcək.

Sportline.az FootMercato nəşrinə istinadla xəbər verir ki, o, PSJ ilə müqavilə bağlamaq üçün Parisə gəlib.

PSJ 22 yaşlı hücumçunun transferi üçün "Benfika"ya 80 milyon avro ödəyəcək.

Son mövsümdə 47 oyunda meydana çıxan Ramuş 27 qol və 12 asist müəllifi olub.