Paulinyo transferinin alınmama səbəbi

"Zenit"in keçmiş futbolçusu və "Sportinq"in hücumçusu Paulinyonun agenti Fernando ÇSKA-ya mümkün transferlə bağlı danışıqların başa çatmasının səbəbi barədə danışıb.

Sportline.az xəbər verir ki, danışıqların başa çatmasına səbəb ÇSKA-nın aşağı məbləğdə təklifi idi.

"Sportinq" ÇSKA-nın 7 milyon funt-sterlinqlik təklifini çox aşağı hesab edərək rədd edib.

30 yaşlı portuqaliyalı ötən mövsüm "Sportinq"in heyətində 38 oyuna çıxıb, 15 qol vurub və 12 məhsuldar ötürmə verib.