"Spartak”dan təqdirəlayiq hərəkət

Paytaxt klubu “Krokus Holl” faciəsində zərərçəkənlərə yardım edəcək.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, “Spartak Moskva”nın mətbuat xidmətinin açıqlamasında “Krokus Holl” faciəsində zərərçəkənlərə maddi yardım ediləcəyi bildirilib. Qırmızı-ağlar “Ural”la keçiriləcək növbəti çempionat oyununda bilet gəlirindən əldə olunacaq vəsaiti xeyriyə fonduna bağışlayacaq.

Xatırladaq ki, martın 22-də Moskva şəhərində baş verən teraktda yüzlərlə insan həyatını itirmişdi.