Paytaxt klubundan "Marsel"ə
"Lokomotiv"in hücumçusu İsidor Uilson yaxın vaxtlarda Marselə keçə bilər.
Sportline.az xəbər verir ki, fransızlar 22 yaşlı futbolçunun transferi üzərində işləyirlər. Onu almaq üçün "Marsel" ən azı bir hücumçu ilə ayrılmalıdır. Satışa namizədlər arasında yarımmüdafiəçi Ruslan Malinovski və hücumçu Cengiz Ünder də var.
Futbolçu ilə Liqa 1-in bir sıra digər klubları da maraqlanır.
Fransız futbolçu 2022-ci ilin yanvarından “Lokomotiv”də çıxış edir. Moskva klubunda futbolçu 40 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.