Paytaxt klubundan yeni transfer
Qapıçı Andrey Kudravets BATE-dən Moskva “Dinamo”suna keçib.
Sportline.az xəbər verir ki, müqavilə 5 illikdir.
19 yaşlı futbolçu bu qış "Dinamo"ya keçəcək. Bu müddətə qədər o, BATE-də oynamağa davam edəcək.
Kudravets Belarus klubunun yetirməsidir. 2023/24 mövsümündə o, BATE-nin heyətində 14 matçda 14 qol buraxıb, 5 dəfə təmiz oyun keçirib.