Paytaxt klubunun sabiq müdafiəçisi vəfat etdi
ÇSKA-nın (Moskva) keçmiş müdafiəçisi Nikolay Bulqakov dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, Bulqakov oktyabrın 1-də, bazar günü 63 yaşında vəfat edib. Ölümün səbəbi dəqiqləşdirilməyib.
Bulqakov ÇSKA-dan başqa, “Alqa”, “İskra”, “Krılya Sovetov”, “Baltika” və “Kristal”da çıxış edib. Futbolçu karyerasını bitirdikdən sonra “Kristal” və “Oazis”i çalışdırıb.