Paytaxt komandası ən gəlirsiz klub oldu
"Spartak" (Moskva) yay transfer pəncərəsinin nəticələrinə görə ən gəlirsiz Rusiya klubu olub.
Sportline.az xəbər verir ki, “Spartak” yay transfer pəncərəsində 19,5 milyon avro itirib. “Zenit” 35,12 milyon avro qazanaraq ən çox qazanan klub olub.
Gəlirlərinə görə ikinci yerdə "Dinamo" qərarlaşıb - 7,6 milyon avro. İlk üçlüyü (3,48 milyon avro) “Lokomotiv” qapayıb.