Pedri daha 5 il "Barselona"da

"Barselona" futbolçusu Pedri ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, İspaniya mətbuatı Kataloniya klubunun oyunçuya 1 milyard avro təzmiat qiyməti qoyduğunu yazıb.