Pepenin "Arsenal"dan "Beşiktaş"a transferi uğursuz ola bilər

"Arsenal" və "Beşiktaş" hazırda cinah hücumçusu Nikola Pepe ilə anlaşmaya yaxındır.

Sportline.az xəbər verir ki, klublar 28 yaşlı futbolçunun transferi üçün müqaviləni yenidən müzakirə etmək üçün yeni danışıqlar aparır. Daha əvvəl Pepe Türkiyə komandasına keçməyə razılaşıb və artıq tibbi müayinədən keçib.

Futbolçu 2019-cu ilin yayında 80 milyon avroya "Lill"dən "Arsenal"a keçib. Futbolçunun "topçular"la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.