Peres və Ançelotti "Jirona"nın futbolçusundan üzr istəyib
"Real Madrid"in prezidenti Florentino Peres və klubun baş məşqçisi Karlo Ançelotti "Jirona"nın vingeri Kristian Portodan müdafiəçi Naçonun kobudluğuna görə şəxsən üzr istəyib.
Sportline.az xəbər verir ki, La Liqanın 8-ci turunun matçının sonunda müdafiəçinin kobud oyunu meydandan qovulması ilə nəticələndi. "Real" 3:0 hesabı ilə qalib gəlib.
Oyundan sonra Peres Porta zəng edərək üzr istəyib. Ançelotti də eyni şeyi edib.