Perişiçdən şok xəbər

"Tottenhem"in baş məşqçisi Ange Postekoqlou komandanın yarımmüdafiəçisi İvan Perişiçin zədəsindən danışıb.

Sportline.az xəbər verir ki, sentyabrın 20-də məlum olub ki, Perişiç sağ dizinin ön çarpaz bağının yırtığı olub. Futbolçunun mövsümün qalan hissəsini sıradan çıxaracağı gözlənilir.

“Bu, İvanı hamıdan çox məyus edir. O, əsl peşəkardır. Bu vəziyyət bizi də əsəbləşdirir, çünki o, komanda üçün çox vacib idi. O, parlaq ağıl sahibidir və bütün matçlarımızda mühüm rol oynayıb. Şübhə etmirəm ki, Perişiç kluba qayıdacaq və zədəsindən əvvəlki səviyyəyə çatacaq”, - deyə mütəxəssis "BBC"-yə danışıb.

Bu mövsüm 34 yaşlı xorvatiyalı bütün turnirlərdə 6 oyun keçirib və 2 məhsuldar ötürmə edib.