Poçettino "Çelsi"nin nəticələrindən narazı deyil
"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino mövsümün əvvəlində komandanın nəticələrindən məyus olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Sportline.az xəbər verir ki, Poçettinon açıqlaması böyük maraq doğurub.
"Yox. Matçlardan danışsaq, yaxşı çıxış etdik. Bir çox əsas oyunçularımız çatışmır. Mən məyus deyiləm, amma daha az xalı olan bir çox komandanın daha çox qol vurmasına üzülürəm”, - deyə Poçettino "BBC"-yə açıqlama verib.
Premyer Liqanın beş turundan sonra "Çelsi" 5 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.