Poçettino yeni transferin zədəsi barədə

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino Kristofer Nkunkunun zədəsi haqda danışıb.

Sportline.az xəbər verir ki, 25 yaşlı fransalı Dortmund "Borussiya"sı ilə yoldaşlıq görüşündə (1:1) zədələnib, görüşün 22-ci dəqiqəsində əvəzlənib.

“Həkimlər onu yoxlayır və ümid edirəm ki, bu, böyük problem deyil. Dizində ağrı hiss edərək yıxıldı. Ümid edirik ki, bu çox ciddi deyil" - deyə Poçettino bildirib.

"Borussiya Dortmund" növbəti yoldaşlıq görüşündə avqustun 6-da "Ayaks"la, "Çelsi" isə gələn həftə Premyer Liqanın yeni mövsümünün 1-ci turunda "Liverpul"la qarşılaşacaq.