Pol Poqba antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.

Sportline.az xəbər verir ki, İtaliya A Seriyasının 1-ci turunda “Udineze” ilə oyundan (3:0) sonra Poqbanın testinin müsbət çıxdığı məlum olub. 30 yaşlı fransalının bədənində testesteron səviyyəsinin artması aşkarlanıb.

Poqba avqustun 20-də "Udineze" ilə matçda meydana çıxmayıb. Bütün oyun boyu ehtiyat oyunçular skamyasında oturub. Bu mövsüm o, "Yuventus"un heyətində 2 oyun keçirib, cəmi 52 dəqiqə meydanda olub.