Pol Poqba karyerasını bitirir

“Yuventus”un futbolçusu Poul Poqba futbolçu karyerasını bitirmək istədiyini deyib.

Sprotline.az Goal.com.tr-yə istinadla xəbər verir ki, fransalı futbolçu “Artıq futbol oynamaq istəmirəm. İnsanların məni futbolçu olduğum üçün və ya tanınmış biri olduğum üçün sevməsini də istəmirəm. Məni olduğum kimi sevən insanlara ehtiyacım var. Evim 1 ayda 2 dəfə qarət olunub və mən buna görə 100 min avro pul itirmişəm”, - deyib. 

Qeyd edək ki, Pol Poqbanın qardaşı Matias keçən ay futbolçudan zorla 11 milyon avro almaq istəyib.

Poqba bu hərəkətinə görə qardaşını məhkəməyə verib.