Polşa millisi portuqaliyalı çalışdırıcıya 775 min avro qazandırıb

Polşa millisi portuqaliyalı çalışdırıcıya 775 min avro qazandırıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Polşa millisi AVRO 2024-ə vəsiqə qazandığı üçün Fernando Santos 775 min avro əldə edib. 

Buna səbəb, baş məşqçi ilə imzalanan müqavilədə AVRO 2024-də vəqisə qazanacaqları təqdirdə ödəniş edilməsi bəndinin olmasıdır. 

Qeyd edək ki, Polşa millisi final matçında Uelsi penaltilər seriyasında qabaqlayıb.Polşa millisi Avropa çempionatında D qrupunda yer alacaq. Seçmə komandanın buradakı rəqibləri Niderland Avstriya və Fıransa milliləri olacaq.