Polşalı azarkeşin bu hərəkəti qalmaqal yaratdı

Polşanın “Şlensk” klubu Polşa çempionatında “Zaqlebye” ilə oyunda (1:2) tribunada Ukrayna əleyhinə pankart asan azarkeşlərə sanksiya tətbiq edəcək.

Sportline.az xəbər verir ki, şənbə günü keçirilən oyun zamanı Vrotslavdan olan komandanın azarkeşləri üzərində “Ukraynalılar Volında uşaqları öldürdülər” və “Arxada 80 illik biabırçı sükut” sözləri yazılmış plakatlar asıblar.

Polşa Liqasının İntizam Komitəsi bu hadisəyə avqustun 2-də baxacaq.