Poqba komandada qalmaq istəyir
Pol Poqba "Əl-İttihad"ın təklifinə baxmayaraq "Yuventus"dan ayrılmaq istəmir.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi "Əl-İttihad"ın infrastrukturunu yoxlamaq üçün Ciddəyə səfər edib. Səudiyyə klubu Poqbaya 3 illik 100 milyon avroluq müqavilə və bonuslar təklif edir.
Pol Poqba belə böyük təklifə baxmayaraq "Yuventus"da qalmaq istəyir.