Poqbanın maaşı dopinqə görə kəsilə bilər

"Yuventus" yarımmüdafiəçisi Pol Poqbanın dopinq testinin müsbət çıxması səbəbindən maaşını kəsə bilər.

Sportline.az xəbər verir ki, A Seriya klublarının İtaliya Futbolçular Assosiasiyası ilə razılaşmasına əsasən, cəzalı futbolçular şəxsi müqavilələrinin minimum əmək haqqını almalıdırlar. Poqbanın maaşının təxminən 10,5 milyon avro olduğu qeyd edilir. Əgər azaldılsa, futbolçu ayda 2 min avro alacaq.

Oktyabrın 6-da turinli yarımmüdafiəçinin testosterona görə yenidən dopinq testindən müsbət keçdiyi məlum olub.