"Porto" "Arsenal"ın futbolçusunu transfer etməkdən imtina edib

"Porto" "Arsenal"ın polşalı müdafiəçisi Yakub Kiviyoru transfer etməkdən imtina edib.

Sportline.az xəbər verir ki, buna səbəb London klubunun 26 milyon avro tələb etməsi olub.

Bu haqda "A Bola" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kiviyorun "Arsenal"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.