Portuqaliya Liqasına damğa vuran forvard

“Sportinq”in hücumçusu statistikaları ilə diqqətləri üzərinə çəkib.

Sporline.az Sporx.com-a istinadla xəbər verir ki, “Sportinq”in mövsümün əvvəli heyətinə qatdığı Viktor Qyokeres Portuqaliya klubunda çıxdığı 39 oyunda 50 qolun vurulmasında iştirak edib.

Son olaraq dünən “Boavişta” ilə keçiriən oyunda (6-1) het-trikə imza atan isveçli hücumçu statistikasını 36 qol və 14 məhsuldar ötürməyə çatdırıb.

“Sportinq” 25 yaşlı futbolçunu mövsümün əvvəlində “Championship” komandası “Koventri Siti”dən 21 milyon avro qarşılığında heyətinə qatmışdı.

Qeyd edək ki, Qyokeresin “Sportinq”lə 2028-ci ilə qədər müqaviləsi var.