Portuqaliya-Sloveniya oyununda mühafizəçilər azarkeşi döyüblər
AVRO-2024-ün pley-off mərhələsinin 1/8 final mərhələsinin Portuqaliya - Sloveniya matçında bir qrup stüard azarkeşi döyüb.
Sportline.az xəbər verir ki, bu barədə A Bola nəşri məlumat yayıb.
Bu hadisənin Portuqaliya millisinin əlavə vaxtda qazandığı penaltidən sonra baş verdiyi ehtimal olunur.
Mühafizəçilərdən biri azarkeşi saxlayaraq onu vurub və kişi artıq yerdə olandan sonra başqa bir stüard ona tərəf qaçaraq bir neçə zərbə endirib.
Qeyd edək ki, UEFA faktla bağlı araşdırma başladıb.