Portuqaliyalı ulduz PSJ-yə can atır
"Atletiko"nun forvardı Joao Feliks karyerasını PSJ-də davam etdirmək istəyir.
Sportline.az As nəşrinə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu Madrid klubundan ayrılmaqda israrlıdır.
Onun yeni mövsümün hazırlığına "Atletiko"nun düşərgəsində başlayacağı bildirilsə də, tezliklə komandadan ayrılacağı gözlənilir.
Felikslə ciddi maraqlanan PSJ 23 yaşlı portuqaliyalının transferini yaxın vaxtlarda həll etmək niyyətindədir.
Qeyd edək ki, Feliksin "Atletiko" ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatır.