Potter “Reyncers”ə gedə bilər
İngilis mütəxəssis Qrem Potter işini Şotlandiyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Reyncers” 48 yaşlı ingilisi baş məşqçi Maykl Bili əvəz edəcək şəxs kimi nəzərdən keçirir.
Potter 2022-ci ilin sentyabrından 2 aprel 2023-cü ilə qədər "Çelsi"yə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 31 görüşdə 12 qələbə qazanıb, 8 dəfə heç-heçə edib.