Premyer Liqa klubu yeni müqaviləyə hazırlaşır

"Aston Villa"nın müdafiəçisi Ezri Konsa klubu ilə yeni müqavilə imzalamağa hazırdır.

Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu Unai Emerinin komandasındakı oyun müddətindən razıdır.

2019-cu ildə "Aston Villa"ya keçən Konsa ilə hazırda 2026-cı ilə qədər müqavilə imzalanıb. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 7 oyun keçirib və heç bir qol vurmayıb.