Premyer Liqa klubunda ayrılıq reallaşa bilər

"Kristal Pelas"ın baş məşqçisi Roy Hocson yarımmüdafiəçi Maykl Olizin komandanı tərk edə biləcəyinə münasibət bildirib.

Sportline.az xəbər verir ki, futbolçunun "Çelsi"nin üzvü ola biləcəyi bildirilir.

“Biz Olizi komandada saxlamaq üçün mübarizə aparırıq. Ola bilsin ki, bu yay komandadan ayrılsın. Top klublar onun ətrafında fırlanır " - deyə Hocson mətbuat konfransında bildirib.