Premyer Liqa klubundan 30 milyonluq transfer

"Vest Hem" qısa müddət ərzində "Sauthempton"un kapitanı Ceyms Uord-Prouz ilə müqavilə imzalamağa hazırlaşır.

Sportline.az xəbər verir ki, "çəkicdöyənlər" 28 yaşlı ingilis üçün 30 milyon funt-sterlinq (təxminən 35 milyon avro) ödəyəcək. Daha əvvəl futbolçu "Vest Hem"lə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Ceyms "Sauthempton" yetirməsidir və klubda 410 oyuna çıxıb, 55 qol vurub və 54 məhsuldar ötürmə edib.