Premyer Liqa: "Səbail" "Araz-Naxçıvan"ı məğlub etdi, "Sabah" "Kəpəz"lə bacarmadı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, ilk olaraq "Sabah" "Kəpəz"i qəbul edəcək.
Dörd xala malik tərəflər 8-9-cü yerləri bölüşürlər. Paytaxt təmsilçisi rəqibindən bir görüş az keçirib.
Günün digər matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Komandaların hər birinin 10 xalı var və 4-5-ci yerləri bölüşdürürlər.
Azərbaycan Premyer Liqası, VII tur
17:00. “Sabah” – “Kəpəz” 2:2
Qollar: Con İrasabal, 24; Boyan Letiç, 51- Abdullahi Şuaybu, 8; Georgi Papunaşvili, 60
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov
“Bank Respublika Arena”
19:30. “Səbail” – “Araz-Naxçıvan” 1-0
Qol: Pedro Luno, 45+1
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”
Qeyd edək ki, daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" (0:0) və "Zirə" - "Neftçi" (1:1) qarşılaşmaları heç-heçə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.