Premyer Liqadan Bundesliqaya

"Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa karyerasını "Bavariya"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, ispaniyalı Münhen klubu ilə prinsipial razılığa gəlib. Qeyd olunur ki, "Bavariya" hazırda İngiltərə klubu ilə futbolçunu satın almaq bəndi ilə icarəsi ilə bağlı danışıqlar aparmağa çalışır.

2022/23 mövsümündə 28 yaşlı ispaniyalı "Çelsi"nin heyətində 39 oyuna çıxıb, 45 qol buraxıb.