Premyer Liqadan "Rizəspor"a
"Nottingem Forest"in yarımmüdafiəçisi Conco Şelvi icarə əsasında Türkiyənin "Rizəspor" klubuna keçib.
Sportline.az xəbər verir ki, müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
31 yaşlı ingilis bu ilin yanvarından "Nottingem Forest"də çıxış edir. O, “meşəçilər”in heyətində 8 oyun keçirib, bu matçlarda effektli olmayıb.
Şelvi əvvəllər “Nyukasl”, “Suonsi”, “Liverpul”, “Bləkpul” və “Çarlton”da çıxış edib.