Premyer Liqamıza sponsor tapılıb

"İnşallah, sponsor məsələsi ilə bağlı yenilik olmalıdır".

Sportline.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Ötən mövsümün sonunda "Topaz"la əməkdaşlığı başa çatan Azərbaycan Premyer Liqası hələ də sponsorsuzdur. Ancaq Musayev ümidlidir:

"Hələ ki, ipucu verə bilmərəm. Çünki ip dairəvidir (gülür). Yalnız yerli şirkət olduğunu deyə bilərəm. Yaxın zamanda bilinməlidir. Ümid edirəm ki, hər şey qaydasına düşəcək. Heç bir problem yoxdur".

PFL mövsümün əvvəlində iki əcnəbi bukmeker şirkəti ilə anlaşsa da, qanunvericiliyə zidd olduğu üçün əməkdaşlıq baş tutmamışdı.