Premyer Liqanın lideri "Sumqayıt"a uduzdu
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən "Zirə" və "Sumqayıt" maksimum yararlanıb.
Sportline.az xəbər verir ki, komandalar Zirə İdman Kompleksinin stadionunda öz aralarında yoxlama matçı keçiriblər.
Qarşılaşmanın taleyini yalnız 1 qol həll edib. 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kamran Quliyev "Sumqayıt"a qələbə qazandırıb.
Qeyd edək ki, Azərbaycanın çempionatının lideri "Zirə"nin 19 xalı var. 8 oyuna çıxan "Sumqayıt" isə 11 xalla 7-ci pillədə qərarlaşıb.