Premyer Liqa qaydalarında dəyişiklik olunub

İngiltərə Premyer Liqasında qaydalarda dəyişiklik edilib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Liqa rəsmiləri oyun zamanı topun yan xəttən çıxması zamanı uşaqların topu futbolçulara geri verməsini qadağan edib.

Bunun səbəbi olaraq isə ev sahibi komandanın üstünlük əldə etməsini göstəriblər.

Qeyd edək ki, yeni qaydalarda futbolçular yan xəttən çıxan topu özləri götürəcəklər.