PSJ 175 milyon avro itirə bilər

Kilian Mbappenin sərbəst gedişi PSJ üçün maliyyə problemlərinə səbəb olacaq.

Sportline.az xəbər verir ki, daha əvvəl hücumçu Paris klubuna müqavilənin 2025-ci ilə qədər uzadılması variantını aktivləşdirməyəcəyini bildirmişdi. O, 2024-cü ilə qədər PSJ-də qalmaq istəyir, klub isə futbolçu ilə müqaviləni uzatmaq və ya yayda onu satmaq niyyətindədir. 

Mbappenin pulsuz transferlə getməsi parislilər üçün maliyyə problemlərinə səbəb olacaq - onlar təxminən 150 milyon funt-sterlinq (175 milyon avro) itirəcəklər.