PSJ bu həftə baş məşqçisini göndərə bilər

Kristof Qaltye PSJ-ni tərk edəcək.

Sportline.az xəbər verir ki, Paris klubu müqaviləyə xitam vermək üçün məşqçi ilə aktiv danışıqlara başlayıb. Tərəflər yaxın vaxtlarda razılığa gəlməlidirlər.

Qaltyenin həftənin ortasına qədər vəzifəsindən azad ediləcəyi və PSJ-yə Luis Enrikeni rəsmi olaraq baş məşqçi təyin etməsinə icazə veriləcəyi gözlənilir. 

Qaltye 2022-ci ilin yayından PSJ-ni çalışdırıb. Onun rəhbərliyi altında komanda Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.

Fransalı mütəxəssis irqçilik ittihamı ilə polis tərəfindən saxlanılıb. 

Banner