PSJ-dən "Əl-Əhli"yə etiraz
"Əl-Hilal" PSJ-nin yarımmüdafiəçi Marko Verratti üçün təklifini qaldırıb.
Sportline.az xəbər verir ki, parislilərin rəhbərliyi yenə də məbləğlə kifayətlənməyib.
Səudiyyə Ərəbistanı komandası futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır. Daha əvvəl klub 30 milyon avro təklif etmişdi.
PSJ-nin prezidenti Nasser Al-Xelaifi yeni şərtlərlə satış təkliflərini qəbul etmək istəmir. Parislilər italyan üçün daha çox pul istəyirlər.