PSJ-dən "Əl-İttifaq"a - Rəsmi
PSJ-nin futbolçusu Jorjinyo Veynaldumun "Əl-İttifaq"a keçidi rəsmiləşib.
Sportline.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun saytı məlumat yayıb. Niderlandlı yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb
Qeyd edək ki, Veynaldum ötən mövsüm "Roma"da icarə əsasında çıxış edib, bütün turnirlərdə 23 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.