PSJ-dən nümunəvi addım

PSJ aztəminatlı ailələrdən olan tələbələr üçün xeyriyyə yeməyi təşkil edib.

Sportline.az xəbər verir ki, "Park de Prens"də “Həmrəylik yeməkxanası” aksiyası çərçivəsində xeyriyyə tədbiri keçirilib.

Aztəminatlı ailələrdən olan 350 tələbə və 100 məzun üçün aşpazlar Beranqer Faqar və Tomas Dukre tərəfindən xeyriyyə yeməyi təşkil edilib.

Tədbirdə "Omzo", "Laconi", "3letres", "Phxraon" kimi hip-hop sənətçiləri çıxış ediblər. Rəqs şousu da təşkil olunub. Ənənəvi olaraq axşam yeməklərin paylanması ilə yekunlaşıb.